Əfsanə açıqladı: O, “Real”a keçəcək?
“Liverpul”un sabiq futbolçusu Ceymi Karraqer müdafiəçi Trent Aleksander-Arnoldun gələcəyi barədə danışıb.
Aut.az xəbər verir ki, veteran futbolçu İngiltərə millisinin üzvnünün “Real”a keçmə ehtimalını dəyərləndirib:
“Düşünürəm ki, Vircil van Deyk və Məhəmməd Salah qalacaq. Ancaq Trent ətrafında bütün bu vəziyyət nə qədər uzun davam edərsə, onun “Real” keçəcəyinə inamım bir o qədər güclənəcək. Bu, şübhəsiz ki, pərəstişkarları məyus edəcək”.
Qeyd edək ki, Madrid klubunun 25 yaşlı futbolçuya ehtiyacı olduğu bildirilir. Onun “Liverpul”la mövcud müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Aut.az
