İngiltərə

Premyer Liqa klubunun xalları silinəcək: Maliyyə qaydaları pozulub

“Everton” ağır cəzalandırıla bilər.

Aut.az “Telegraph Sport”a istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə qaydalarını pozmasıdır. Son üç il ərzində “Everton” Premyer Liqanın müəyyən etdiyi 105 milyon funt-sterlinq limitdən xeyli yuxarı – 371,8 milyon funt-sterlinqlik maliyyə itkisinə məruz qalıb. Buna görə də məsələ müstəqil komissiya tərəfindən araşdırlır.

İddialar təsdiqini taparsa, “mavilər” ciddi sanksiyalarla üzləşəcək. Premyer Liqa rəhbərliyinin klubun 12 xalını siləcəyi gözlənilir.

Komandanın son mövsümlərdə liqada qalmaq üçün mübarizə apardığını və hazırda 3 xalla 16-cı sırada qərarlaşdığını nəzərə alsaq, belə bir cəza “Everton”un Premyer Liqanın tərk etmə ehtimalını xeyli artıracaq.

Qeyd edək ki, Mersesayd təmsilçisinin aktivindən xal silinərsə, bu Premyer Liqa tarixində ilk belə hal olacaq.

Aut.az