“Mafiya bandası” – Bu sözə görə məhkəməyə gedirlər
“Nottingem Forest” “Sky Sports” telekanalını məhkəməyə verir.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Buna səbəb kimi kanal eksperti və “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevillin komandanı “mafiya bandası” adlandırmasıdır.
Premyer Liqanın 34-cü turunun “Everton”la oyunundan (0:2) sonra “Nottingem Forest”in sahibi Evangelos Marinakis VAR hakimi Stuart Attelli üç penalti təyin etmədiyi üçün klubuna qarşı qərəzli olmaqda ittiham edib.
Buna cavab olaraq Nevill deyib: “Bu, “mafiya bandası”nın bəyanatı kimi səslənir”. Bir müddət sonra “Sky Sports” bu şərhi silib.
Aut.az
