İngiltərə

İngiltərənin ən bahalı futbolçusu sürücülük hüququndan məhrum edildi

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays sürət həddini iki dəfə aşdığı üçün 6 aylıq sürücülük qadağası alıb və 2 185 funt sterlinq cərimələnib.

Aut.az xəbər verir ki, hadisə futbolçunun Surrey bölgəsindəki evinin yaxınlığında, A217 magistral yolunda baş verib.

26 yaşlı futbolçu ilk dəfə yanvarın 3-də 30 mil/saat sürət limiti olan zonada 37 mil/saat sürətlə hərəkət edərkən qeydə alınıb. Cəmi beş gün sonra isə 40 mil/saat icazə verilən ərazidə 49 mil/saat sürətlə avtomobil idarə etdiyi müəyyənləşdirilib.

Hər iki qayda pozuntusu Raysın 40 min funt sterlinqlik “Land Rover” markalı avtomobili ilə qeydə alınıb. Nəticədə onun sürücülük vəsiqəsində cəmi 15 cərimə xalı toplanıb və bu, sistem üzrə avtomatik olaraq 6 aylıq sürücülük qadağası ilə nəticələnib.

Xatırladaq ki, Deklan Rays 2023-cü ildə 105 milyon funt sterlinq qarşılığında “Arsenal”a transfer olunaraq Britaniya futbolu tarixində rekord məbləğlə alınan oyunçulardan birinə çevrilmişdi.

Aut.az