Dünya futboluİngiltərə

Bu klub dünya çempionatına qədər Salahla müqavilə imzalamaq istəyir

Məhəmməd Salah “Liverpul”dan ayrılacağı təqdirdə karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ben Yakobs məlumat yayıb.

“Əl-Hilal” klublararası dünya çempionatı başlamazdan əvvəl Salahla müqavilə bağlamağa hazırdır. Eyni zamanda mənbə iddia edir ki, “Liverpul” rəhbərliyi artıq misirlinin agenti ilə ilkin danışıqlara başlayıb.

Bu mövsüm Salah “qırmızı-qaralar”ın heyətində 18 oyun keçirib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Salahın “qırmızılar”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Aut.az