Dünya futboluİngiltərə

Manqalanın hüquqlarını bu qiymətə aldılar

Yarımmüdafiəçi Aurel Manqala 2024-cü ilin fevralında “Nottingem Forest”dən icarəyə götürüldüyü “Lion”da oynamağa davam edəcək.

Aut.az  xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

“Lion” belçikalı futbolçunu 23,4 milyon avroya alıb. Manqala ilə müqavilə 30 iyun 2028-ci ilə qədərdir. “Nottingem” də oyunçunun hüquqlarının 10%-ni özündə saxlayıb.

“Lion”un heyətində Orel Manqala 12 matçda iştirak edib və 2 qol vurub.

Aut.az