Ulduz futbolçu ölkəsində “Qızıl top” qazandı
İsveç Futbol Assosiasiyası və Aftonbladet tərəfindən “Guldbollen 2025” (Qızıl top) mükafatına layiq görülən Aleksander İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçilib.
Aut.az xəbər verir ki, hazırda “Liverpul”un hücumçusu olan İsak dünyanın ən rəqabətli liqalarından birində özünəməxsus keyfiyyətləri ilə seçildiyi məhsuldar mövsüm keçirib.
Mükafat dövrü hesab edilən 2024-cü ilin noyabrından 2025-ci ilin noyabrına qədər olan müddətdə futbolçu bütün turnirlərdə 31 oyuna çıxaraq 22 qol vurub və 4 məhsuldar ötürmə edib. Bu qollardan 19-u Premyer Liqada, ikisi Liqa Kubokunda, biri isə İngiltərə Kubokunda qeydə alınıb.
2025/26 mövsümü ərəfəsində Aleksander İsak karyerasında yeni mərhələyə start verərək ötən yay “Nyukasl”dakı uğurlu çıxışlarından sonra “Liverpul”a transfer olunub.
Aut.az
