Leo Messi Səudiyyə Ərəbistanında Serji Buskets və Jordi Alba ilə eyni komandada oynaya bilər.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Bildirilir ki, üç ay əvvələ qədər argentinalı Səudiyyə Ərəbistanına köçməyin qəti əleyhinə idi, lakin hazırda hadisələrin belə inkişafı daha çox ehtimal olunur.
Müzakirələrdən sonra Messi planlarını dəyişdi. O, oynamağa davam etmək istəyir, lakin vəziyyətini real qiymətləndirir və ən yüksək səviyyədə çıxış edə bilməyəcəyini anlayır.
Lionel dünya futbolunda bütün kubokları qazanıb və artıq özünü təzyiqlərə məruz qoyacaq, yeni qələbələr tələb ediləcək vəziyyətə salmaq istəmir. İndi o, gələcək haqqında düşünür.
Messi “Barsa”ya keçməyi düşünürdü, lakin klubun maddi vəziyyətinin pis olması səbəbindən bu addım reallaşmayacaq. Mənbənin sözlərinə görə, bu, “reallıqdan uzaq bir yuxudur”.
Leo “Barsa”dan ayrılmaq məcburiyyətində qaldığı zaman yaşadığı stressi yenidən yaşamaq istəmir. Hazırda klub Leonun qaytarılması ilə bağlı heç bir tədbir görməyib və prezident Joan Laporta bu mövzuda hücumçu ilə heç vaxt əlaqə saxlamayıb.
Qeyd olunur ki, Messi Səudiyyə Ərəbistanına tək yox, Serji Buskets və Jordi Alba ilə birlikdə gedəcək. Leo yeni mühitində güvəndiyi insanların əhatəsində olmaq istəyir.
Turizm səfiri kimi Səudiyyə Ərəbistanında səfərdə olan Leoya onun, Busklets və Albanın yaşaya biləcəyi evlər və uşaqlarının gedə biləcəyi məktəblər göstərilib.
Buskets və Alba bu plandan xəbərdardırlar və razılıq veriblər. Onlar Səudiyyə Ərəbistanında bir mövsümdə “Barsa”dakından üç dəfə çox qazanacaqlar. Eyni zamanda Serji bilir ki, maaşını 40% azaltsa, Kataloniya klubunda qala bilər.
Beləliklə, indi söhbət Messi, Alba və Busketsin Səudiyyə klublarından biri ilə “1+2” sxemi üzrə müqavilə bağlayacağından gedir.
Aut.az