Taysonun qardaşı 40 yaşlı almanı döydü – VİDEO
Uelsin paytaxtı Kardiffdə maraqlı boks görüşü baş tutub.
Aut.az xəbər verir ki, Böyük Britaniyalı ağır çəkili Hyu Fyuri (28-3, 16 KO) 40 yaşlı almaniyalı Patrik Korteni (21-4-1, 18 KO) vaxtından əvvəl məğlub edib.
Tayson Fyurinin ögey qardaşı böyük üstünlüyə sahib olub və artıq ikinci raundda rəqibini təslim olmağa vadar edib.
Hakim mübarizəni erkən bitirərək almaniyalını ciddi xəsarətdən xilas edib.
Aut.az
Fists of Fury 👊😤@hughiefury gets the impressive stoppage on his return 💥#McCaskillPrice | Tonight | Utilita Arena, Cardiff | @SkySportsBoxing | @peacock | @BBCWales pic.twitter.com/0T1kojB5f3
— BOXXER (@boxxer) May 11, 2024
