Cared Anderson gənc nəslin ən tanınan Amerika boksçularından biridir. O, karyerası ərzində ABŞ çempionu və dünya çempionu olmağı bacarıb.
Aut.az xəbər verir ki, fevral ayında 24 yaşlı boksçu böyük problemlə üzləşib.
Boksçu yol kənarında yoxlama üçün dayanmayıb və polis onu təqib etməli oldu. Təqib bir neçə kilometr davam edib.
Sonda amerikalı Detroyt yaxınlığında saxlanılıb. O, polis məmurundan qaçmaqda və sürət həddini iki dəfə artırmaqda ittiham olunub.
Bu, Andersonun qanunla bağlı ilk problemi deyil. Noyabr ayında o, odlu silahla düzgün davranmamaq və spirtli içki və ya narkotik vasitənin təsiri altında avtomobil idarə etmək ittihamı ilə həbs edilib. Daha sonra o, cərimələnib və altı ay həbs cəzasına məhkum edilib. Amma bu hökm bir il müddətinə təxirə salınıb.
Məhkəmə bu dəfə hökmü ləğv etməsə, boksçunun böyük problemləri ola bilər. Ola bilsin ki, o, yeni cəza ilə yanaşı, əvvəllər törətdiyi cinayətə görə də cəza çəksin.
24 yaşlı boksçu bazar ertəsi ilk məhkəmə iclasında iştirak edəcək. Ancaq indi bütün diqqətini qarşıdakı döyüşə cəmləyib. O, bazar günü Korpus-Kristidə (ABŞ) Rayad Mehri ilə görüşəcək.
Aut.az