İngiltərə

“Liverpul” rəsmən açıqladı: 8 ildən sonra ayrıldı

Kamerunlu mərkəz müdafiəçisi Joel Matip səkkiz mövsüm keçirdikdən sonra bu mövsümün sonunda “Liverpul”u tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayılıb.

“32 yaşlı futbolçu mövsümün sonunda “qırmızılar”la müqaviləsi başa çatdıqdan sonra karyerasının yeni mərhələsinə başlayacaq və “Enfild”i tərk edəcək.

Sakit və səliqəli mərkəz müdafiəçisi Jurgen Kloppun ilk imzalarından biri idi. Bu, “qırmızı-qaralar”ın tarixində ən yaxşı sövdələşmələrdən biri oldu”, – deyə klubun mətbuat xidməti bildirib.

Bu müddət ərzində Matip 201 matçda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. “Liverpul”un tərkibində Joel Çempionlar Liqası, Avropa Super Kuboku, İngiltərə Kuboku, FA Super Kubokunu qazanıb, ölkə çempionu olub, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

Aut.az