Məşhur futbolçu 42 yaşında karyerasını bərpa edir – FOTO
İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç karyerasını 42 yaşında bərpa edə bilər.
Aut.az xəbər verir ki, İngiltərənin Birinci Liqasında çıxış edən “Börton Albion” klubunun sosial şəbəkələrində keçmiş forvardın əlində soyadı yazılmış komanda köynəyi ilə fotosu yayılıb:
“Möhtəşəm geri dönüş. 09.10.23”.
Xatırladaq ki, Piter Krauç futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, “Stok Siti”, “Liverpul”, “Tottenhem”, “Portsmut”, “Kvins Park Reyncers”, “Aston Villa”, “Sauthempton”, “Norviç Siti” və “Bernli” kimi klublarda çıxış edib.
Keçmiş hücumçu İngiltərə millisində debütünü 2005-ci il mayın 31-də Kolumbiya millisi ilə yoldaşlıq oyununda edib. Milli komandada oynadığı müddət ərzində Krauç 42 oyun keçirib, 22 qol vurub və dörd məhsuldar ötürmə edib.

Aut.az
