“Siti”nin əfsanəsi “düşmən” azarkeşi olub
Argentina millisinin və “Siti”nin sabiq hücumçusu Serxio Aquero uşaq vaxtı “Liverpul”a azarkeşlik edirmi.
“Gənc olanda Ouen sayəsində “Liverpul”u sevirdim. Mən Ouen kimi oynamağa çalışırdım”, – deyə “Stake” Aquerodan sitat gətirib.
Aquero 2011-ci ildən “Mançester Siti”də çıxış edib. Argentinalı futbolçu ingilis klubu ilə beş İngiltərə çempionluğu, bir İngiltərə kuboku və üç Superkubok, həmçinin altı İngiltərə Liqa Kuboku qazanıb. Futbolçu “şəhərlilər”ın heyətində 390 oyun keçirib, 260 qol vurub, 73 məhsuldar ötürmə verib.
Hücumçu karyerası ərzində “İndependiente”, “Atletiko Madrid” və Kataloniya “Barselona”sında da çıxış edib. Aquero ürək problemlərinə görə karyerasını bitirdiyini açıqlayıb.
Aut.az
