Öz yetirmələrinə dəyər verən ən yaxşı klublar – FOTO
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi “CIES Football Observatory” 2023/2024-cü il mövsümündə öz yetirmələrinə güvənə klubların reytinqini dərc edib.
Belə ki, Avropanın ən yaxşı 5 liqasında yer alan klublar arasında yetirmələrinin oynadığı dəqiqələrin sayına görə lider “Atletik Bilbao” olub. İspaniya La Liqasının 13 turu ərzində klubun akademiyasının 14 məzunu meydana çıxıb. Ümumilikdə, onlar oyun vaxtının 68,9%-ni keçiriblər.
İkinci yerdə Fransanın “Lion” klubu qərarlaşıb – 9 futbolçu 45,6% oyun keçirib. İlk üçlüyü “Real Sosyedad” qapayır (oyun vaxtının 45,4%-i, 12 oyunçu). Ümumilikdə ilk 20-liyə İspaniyadan on klub, Fransadan dörd komanda, İngiltərədən üç, Almaniyadan iki və İtaliyadan bir klub daxil olub.

Aut.az
