BasketbolKateqoriyasız

Paris-2024: Millimizin oyunlarının təqvimi açıqlandı

İyulun 30-dan avqustun 5-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək 3×3 basketbol üzrə Olimpiya Oyunlarında qadınlardan ibarət millimizin oyun təqvimi müəyyənləşib.

Aut.az qızlarımızın qrup oyunlarının tarixləri və saatlarını Bakı vaxtı ilə sizlərə təqdim edir:

30 iyul saat 23:00

İspaniya – AZƏRBAYCAN

31 iyul saat 23:30

ABŞ – AZƏRBAYCAN

1 avqust saat 14:30

AZƏRBAYCAN – Fransa

1 avqust saat 20:30

Almaniya – AZƏRBAYCAN

2 avqust saat 11:30

Avstraliya – AZƏRBAYCAN

2 avqust saat 19:30

Çin – AZƏRBAYCAN

3 avqust saat 19:30

Kanada – AZƏRBAYCAN

Reqlamentə əsasən, 8 komandanın yer aldığı qrupdan ilk iki sıranı tutmuş millilər yarımfinala vəsiqə qazanacaqlar. 3-cü, 4-cü, 5-ci və 6-cı pilləni tutmuş yığmalar isə pley-in oyunlarında (3-6, 4-5) iştirak edərək yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.