İspaniya

Ramos “Sevilya”dan rəsmən ayrıldı – FOTO

“Sevilya” klubu mərkəz müdafiəçisi Serxio Ramos ilə işbirliyinə son qoyduğunu rəsmən açıqlayıb. Onun müqaviləsi bu il iyunun 30-da başa çatır və Ramos azad agent olacaq.

Ramos “Sevilya”nın yetirməsidir, 2004-2005-ci illərdə əsas komandada çıxış edib və 2023-cü ilin yayında geri qayıdıb. 2023/2024 mövsümündə o, bütün yarışlarda 37 oyun keçirib və 7 qol vurub, 1 məhsuldar ötürmə edib.

Gələn mövsümdən MLS-də çıxış edəcək “San Dieqo” klubunun Ramosla yaxından maraqlandığı bildirilir.

Ramos “Sevilya”dan rəsmən ayrıldı – FOTO

Aut.az