Dünya futboluİspaniya

Mbappe PSJ-ni hədələdi: Ya pulu verin, ya da ÇL-ə lisenziyanı itirəcəksiniz

“Real Madrid”in hücumçusu Kilian Mbappe ona 55 milyon avro borcu olan PSJ-ni UEFA-nın Çempionlar Liqasında iştirak lisenziyasını ləğv etməklə hədələyib.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Mbappe keçmiş klubunu borcu ödəməyə məcbur etmək üçün PSJ-nin Çempionlar Liqasında iştirak etmək üçün UEFA lisenziyasından məhrum edilməsini tələb etmək niyyətindədir.

Mbappenin vəkili Delphine Verheyden, “Müvəkkilimdən kənar bir işə baxırıq” deyib.

Bundan əvvəl Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi Kilian Mbappenin Paris klubunun futbolçuya 55 milyon avro məbləğində borcu ilə bağlı müraciətini rədd edib.

Aut.az