Əfsanəvi məşqçi Yunanıstan nəhənginə qayıtdı
Əfsanəvi serbiyalı məşqçi Jelko Obradoviç karyerasında ikinci dəfə Yunanıstanın “Panatinaikos” klubuna rəhbərlik edəcək.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə üç illikdir. Mətbuat açıqlamasında yeni məşqçinin təqdimatı bu sözlərlə başlayır: “Sanki bir gün də keçməyib”.
Xatırladaq ki, 63 yaşlı mütəxəssis 1999-cu ildən 2012-ci ilə qədər 13 il ərzində afinalılara rəhbərlik edib.
Bu müddət ərzində komanda beş dəfə Avroliqa, 11 dəfə Yunanıstan çempionluğu və yeddi dəfə Yunanıstan kubokunu qazanıb. “Panatinaikos”da karyerasını başa vurduqdan sonra Obradoviç Türkiyənin “Fənərbağça” klubuna rəhbərlik edib.
Qeyd etmək lazımdır ki, Jeljko Obradoviç Avroliqa tarixində ən çox qələbə qazanan məşqçidir və onun hesabında doqquz Avroliqa titulu var.
Aut.az
