Fransa məhkəməsi rus basketbolçunu həbsdə saxladı
Fransa məhkəməsi kibercinayətlər ittihamı ilə həbs edilən 26 yaşlı basketbolçu Danil Kasatkini azadlığa buraxmaqdan imtina edib.
Aut.az xəbər verir ki, Rusiyanın Fransadakı səfirliyinin baş müşaviri və mətbuat xidmətinin rəhbəri Vadim Sizonenko məhkəmənin qərarını şərh edib.
“Hakim heç bir səbəb göstərmədən qərarı elan etdi. Həbs-qətimkan tədbirinin dəyişdirilməsindən imtinanın lehinə heç bir arqument verilməyib. Yalnız qərar! Bu, məhkəmə iclasında və Fransa ədliyyə sistemində Rusiya vətəndaşlarına qarşı qərəzli münasibətdən xəbər verir.
Səfirlik qabaqlayıcı tədbirin dəyişdirilməsi üçün bütün addımları atıb. Səfirlik son hökm çıxana qədər Kasatkinin mənzillə təmin olunması barədə Fransanın ədliyyə orqanlarını xəbərdar edib. Məhkəmə bizim dəlillərimizi dinləmədi və nəzərə almadı.
Biz həbsxana rəhbərliyi ilə də əlaqə saxlayırıq. Məişət problemləri var. Səfirliyin qanuni tələblərinə rəhbərlik cavab verməyib. Səfirlik saxlanılma şəraitinin yaxşılaşdırılması üçün Fransa Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Amma Xarici İşlər Nazirliyindən heç bir cavab yoxdur.
Səfirlikdəki əməkdaşımız bir neçə dəfə ona baş çəkib. Şərait qənaətbəxş deyil. Ancaq kamera qonşusu kifayət qədər adekvatdır. O, ingiliscə danışır. Lakin onun idman zalına getməsinə icazə verilmir. Və gəzinti üçün – gündə iki saat. Və Danilin nişanlısı Annanın ziyarətinə icazə yoxdur.
Biz Danillə konsulluq əlaqəsi tələb etdik. Tezliklə bir işçi yenidən həbsxanada ona baş çəkəcək və onunla söhbət edəcək. Məhkəmənin qərarını gözləyək. Lakin məhkəmə prosesinin gedişi böyük nikbinliyə əsas vermir, – Match TV portalı Sizonenkodan sitat gətirib.
Aut.az
