Basketbol

Rəsmən təsdiqləndi: Əfsanə ayrıldı

“Los-Anceles Leykers” dördqat NBA çempionu Lebron Ceymsin komandadan ayrıldığını rəsmi olaraq təsdiqləyib.

Aut.az xəbər verir ki, bu barədə klubun keçmiş sahibi Cini Bass “Leykers”in rəsmi sosial media səhifəsində açıqlama verib.

“Lebron Ceyms tarixin ən böyük idmançılarından biridir. Biz onun “Los-Anceles”də keçirdiyi səkkiz illik karyerasına, o cümlədən inanılmaz dərəcədə çətin şəraitdə bizi qazandırdığı 2020-ci il çempionluğuna və qırdığı saysız-hesabsız rekordlara görə əbədi olaraq minnətdar olacağıq. Ona gələcəkdə, həm meydanda, həm də meydandan kənarda uğurlar arzulayırıq. O, əbədi olaraq “Lekers” ailəsinin vacib bir hissəsi olaraq qalacaq”.

Aut.az