Bu hərəkətinə görə cərimələndi: 25 min dollar
“San Antonio Spurs”un üzvü Viktor Vembanyama cəzalandırılıb.
Aut.az xəbər verir ki, buna səbəb fransız basketbolçunun “Nyu-York Niks”lə matçdan sonra (130:126) topu azarkeşlərə tərəf atması olub. O, bu hərəkətinə görə üçün 25 min dollar cərimə olunub.
Qeyd edək ki, Vembanyama bu oyunda 40 xal və 20 ribaundla yadda qalıb. O, əfsanəvi basketbolçu Şakil O’Nildən sonra son 40 ildə belə rəqəmlərə çatan ikinci yeniyetmə oyunçu olub.
Aut.az
