Çox xoşbəxtəm – Həbibdən Mərakeşin qələbəsinə reaksiya
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Mərakeşin 2026-cı il Dünya Kubokunun 1/8 finalına yüksəlməsindən məmnun olduğunu bildirib.
Komanda 1/16 finalda Niderlandı məğlub edib. Əsas vaxt 1-1 hesabı ilə başa çatıb və komandalar əlavə vaxtda qol vura bilməyiblər. Mərakeş penaltilər seriyasında 3-2 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, Nurməhəmmədov “Telegram”da yazıb:
“Burada intriqasız mümkün deyildi, turnirin ən həyəcanlı iki komandası üz-üzə gəlmişdi. Mərakeş sadəcə vəhşidir, onlar meydana çıxır və sona qədər mübarizə aparırlar. Yeri gəlmişkən, Mərakeş gənclər komandaları (20 yaşadək oyunçular – red.) arasında hazırkı dünya çempionudur və bu ölkədə futbolun inkişafı çox ciddidir. Mərakeş üçün çox xoşbəxtəm”.
Aut.az
