İngiltərənin yalnız bir dünya səviyyəli oyunçusu var – Nevill kimi deyir?
“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill İngiltərə millisinin 2026-cı il dünya çempionatında iştirakı və milli komandanın kapitanı Harri Keyn haqqında danışıb.
Aut.az xəbər verir ki, “Sky Sports” Nevillin sözlərini sitat gətirib:
“İngiltərənin istedadlı oyunçulara sahib olmasından danışırsınız, amma bizim yalnız bir dünya səviyyəli oyunçumuz var, o da Harri Keyndir. Tomas Tuxelin seçdiyi bütün hücum heyəti tamamilə onun ətrafında cəmləşib.
Bütün bu komanda Keyndir. Bütün bu turnir ondan asılıdır.
Təzyiq? O, bunu hiss etməyəcək. O, qaya kimi güclüdür. O, ən yaxşı peşəkarlardan biridir, sınmazdır. O, sadəcə olaraq əvəzsizdir”.
İngiltərə Dünya Kubokunda ilk oyununu iyunun 17-də Xorvatiyaya qarşı keçirəcək.
Aut.az
