Azərbaycan futbolu

“Şamaxı” növbəti transferini açıqladı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni transfer edib.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan U-21 millisinin üzvü növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.

Ceyhun Bağırzadənin son komandası isə “Qəbələ-2” olub.

Xatırladaq ki, “Şamaxı” bunadək Sənan Muradlı, Emin Rüstəmov və Uğur Cahangirovu da heyətinə qatıb.