Dünya futbolu

Utanmırsan, Rusiya bizi keçib: Şevçenkoya irad

Ukrayna “İnqulets” klubunun prezidenti Aleksandr Povoroznyuk Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenkoya müraciət edərək qurumun işini tənqid edib.

Aut.az xəbər verir ki, Povoroznyuk bu barədə “YouTube” kanalında danışıb:

“Ukraynanın qadınlardan ibarət yığması rəsmi oyuna getmədi. Çünki onların viza almağa vaxtı yox idi. Təsəvvür edirsiniz? Bu, hansı UAF prezidentinin dövründə baş verdi? Biz indi o dövrdə yaşayırıq ki, Çempionlar Liqasında Ukraynadan heç kim oynamır. Rusiya reytinqdə bizdən öndədir, onlar heç oynamırlar da. Bu, UAF-ın hansı prezidentinin dövründə baş verib?

Pavelko oğurladı – tamam. Amma heç olmasa maaş almayıb. Şevçenko isə ayda üç milyon yarım alır. Münaqişə zamanı! Bu sizin üçün kifayət deyil? Bundan necə utanmaya bilərsən? Korrupsiyanı dayandırın”.

Xatırladaq ki, Şevçenko 2024-cü ilin yanvarında UAF-ın rəhbəri olub.

Aut.az