Etiraf etdi: Bu problem əvvəl də olub, yenə də olacaq
“Ferrari” komandasının sürücüsü Çarlz Lekler Macarıstan Qran Prisinin ikinci yarısında sürətini itirməsinə səbəb olan avtomobil probleminin gələcək yarışlarda da təkrarlana biləcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, Leklerin sözlərini “Racefans” sitat gətirib:
“Biz hansı istiqamətdə işləməli olduğumuzu başa düşürük, lakin bu problemlər bir yarışda həll edilə bilməz. Təbii ki, Budapeştdə olduğu kimi, qələbə uğrunda mübarizə apararkən onlarla qarşılaşmaq ən xoşagəlməz haldır. Təəssüf ki, bu, ilk dəfə deyil və yəqin ki, sonuncu da deyil. Amma biz dərsimizi aldıq və təkrarlanmamasına çalışacağıq”.
Çarlz Lekler hazırda Formula 1-in şəxsi reytinq cədvəlində beşinci yeri tutur.
Aut.az
