“Biz Messi üçün hər şeyi sevinclə edirik”
“Atletiko”nun və Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, Lionel Messinin millidəki rolundan danışıb:
“Messi gəminin kapitanıdır. Onun üçün hər şeyi sevinclə edirik. İstəyirik ki, o, həmişə bütün qəzetlərin manşetində olsun. Biz də onu buna məcbur edirik”.
Qeyd edək ki, De Paul Messinin yaxın dostlarından biri hesab edilir.
Aut.az
