Müharibə başlayır? – Bütün oyunlar təxirə salındı
İsraildən gələn hücumlar səbəbindən Livanda bütün futbol matçları qeyri-müəyyən müddətə təxirə salınıb.
Aut.az xəbər verir ki, bu barədə Livan Futbol Federasiyası (LFA) məlumat yayıb.
“Ölkənin mövcud vəziyyətini nəzərə alaraq, Livan Futbol Assosiasiyasının icraiyyə komitəsi bütün oyunları qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib”, – məlumatda deyilir.
Sentyabrın 17 və 18-də Livanın müxtəlif bölgələrində onlarla insanın ölümü və 3 minə yaxın insanın yaralanması ilə nəticələnən kommunikasiya avadanlığının kütləvi partlayışlarından sonra hər iki tərəfdən artan atəş intensivliyi ilə daha bir eskalasiya baş verib.
Sentyabrın 20-də futbol üzrə Livan çempionatının 2024/25 mövsümünə start verilib, komandalar bir tur keçirməyi bacarıb.
Aut.az
