Kroos UEFA-nı ələ saldı: Bunu başa düşmək 3 ay çəkdi?
Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos UEFA Hakimlər Komitəsinin Avro-2024-ün 1/4 final matçında İspaniyaya penalti təyin etməmək qərarını səhv kimi tanımasına münasibət bildirib.
Aut.az xəbər verir ki, veteran futbolçu bu sözləri deyib:
“Hər kəsin bir saniyədə görə biləcəyi bir əllə oyunu başa düşmək üçün üç ay çəkdi. Bu məni həqiqətən sakitləşdirir (gülür). İndi özümü Avropa çempionu adlandıra bilərəm? İnlar bunu rəsmən təsdiqləyiblər? Mən belə düşünmürəm”.
Qeyd edək ki, iyunun 5-də İspaniya millisi əlavə vaxtda turnirin ev sahiblərinə 2:1 hesabı ilə qalib gəlib. 106-cı dəqiqədə almaniyalı yarımmüdafiəçi Camal Musialanın zərbəsindən sonra top cərimə meydançasında olan ispan müdafiəçi Mark Kukurelyanın əlinə dəysə də, hakimin fiti susub. VAR da müdaxilə etməyib. 119-cu dəqiqədə Mikel Merinonun sayəsində qol vuran “matadorlar” yarımfinala yüksəlib. Daha sonra isə komanda Avropa çempionatının qalibi olub.
Mətbuatda yayılan xəbərlərə görə, hakimlər komitəsinin hesabatında həm ispanların qapısına penalti təyin etməli olan hakim Entoni Teylorun, həm də VAR-a cavabdeh olan Stüart Attvelin səhvə yol verdiyi epizod müzakirə edilib.
Aut.az
