Çempionlar LiqasıAlmaniya

Keyn “Real”la oyunda görün nə etmək istəyir

“Bavariya”nın hücumçusu Harri Keyn Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları “Real”la oyun haqqında fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Keyn Madrid klubuna qol vurmaq istədiyini deyib:

“Real”a nə qədər qol vuracağam? Bir neçə. Mən yaxşı formadayam və inamım var. Əgər komanda yoldaşlarım bütün mövsümdə olduğu kimi məni tapsalar, lazım olan yerdə olacam”.

O, Madrid klubundakı həmyerlisi Cud Bellinqem haqqında da danışıb: “Cud inanılmaz mövsüm keçirir. Lakin o, bizə qarşı iki matçda fasilə verə bilər”.

Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 30-da Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.