Salah Anriyə çatdı – Keyn də
18 mart tarixində Çempionlar Liqasının 1/8 finalının cavab oyunları keçirilib.
Aut.az xəbər verir ki, “Liverpul”un hücumçusu Məhəmməd Salah “Qalatasaray”la oyunda turnirdə 50-ci qolunu vuraraq, “Arsenal” və “Barselona”nın keçmiş hücumçusu Tyerri Anriyə çatıb. “Bavariya”nın hücumçusu Harri Keyn də (“Atalanta” ilə oyunda dubl edib) 50 qol həddinə çatıb.
Bu “üçlük” turnirin ən çox qol vuran oyunçular siyahısında 10-cu yerdə qərarlaşıb. Kriştiano Ronaldo 140 qolla liderlik edir.
Aut.az
