İngiltərə

Məşhur şotland “Yunayted”də pillə-pillə yüksəlir

“Mançester Yunayted”in və Şotlandiya yığmasının sabiq yarımmüdafiəçisi Darren Fletçer “qırmızı şeytanlar”ın U18 komandasına rəhbərlik edəcək.

Aut.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Fletçer “Mançester Yunayted”in yetirməsidir və 2002-2015-ci illərdə əsas komandada çıxış edib. Ümumilikdə 41 yaşlı şotlandiyalı “qırmızı şeytanlar”ın heyətində 342 oyun keçirib və 24 qol vurub.

2020-ci ilin oktyabrında Fletçer doğma klubuna qayıdıb və U-16 komandasına rəhbərlik edib. 2021-ci ilin yanvarında o, birinci komandanın baş məşqçisi Ole Qunnar Sulşerin köməkçisi olub.

Fletçer “Mançester Yunayted”dən başqa, futbolçu karyerası ərzində “Vest Bromviç” və “Stok Siti” klublarında da çıxış edib. 2003-2017-ci illər arasında Şotlandiya millisində 80 oyun keçirib və 5 qol vurub.

Aut.az