Dünya futboluİngiltərə

Qullit müasir futbol haqda: Məcburən baxıram

“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Ruud Qullit müasir futbolda nəyi bəyənmədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Qullit bu barədə “Arsenal” – “Çelsi” matçından (2-1) sonra jurnalistlərlə söhbətində deyib:

“Hazırkı oyunçuların hamısı yaxşı formadadır, qaçır və müdafiə olunurlar. Amma bizə rəqiblərini məğlub edə bilən oyunçular çox lazımdır.

Əyləncəli oyun üçün darıxıram. Onun yox olması futbol üçün kədərlidir. Oyunların çoxunu məcbur olduğum üçün izləyirəm, amma artıq bundan o qədər də zövq almıram.

Görünür, oyunçular sadəcə əmrləri yerinə yetirirlər və bu, məni narahat edir. Onlar topdan uzaqlaşır və həddindən artıq ötürmələr edirlər”.

Aut.az