Arteta onun sıradan çıxdığını açıqladı: Bu mövsüm oynamayacaq?
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 17-ci turunun “Kristal Pelas”la matçında (5:1) zədə alan “topçular”ın hücumçusu Bukayo Sakanın uzun müddətlik sıradan çıxdığını bildirib.
Aut.az xəbər verir ki, 23 yaşlı cinah yarımmüdafiəçisi ilk hissədə əvəzlənib və stadionu köməkçi vasitələr ilə tərk edib.
“O, bir neçə həftəlik sıradan çıxıb. Bu, böyük itkidir, lakin başqa bir problemlə üzləşmək bizim üçün daha böyük sınaq olacaq. Mən onun bu mövsüm yenidən oynayacağına nikbinəm”.
Qeyd edək ki, 2024/25 mövsümündə Saka “Arsenal”ın heyətində 24 oyunda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
