İngiltərə

Əl Mübarək Qvardiolanın  gələcəyindən danışdı: Şübhə etmirəm ki…

“Mançester Siti”nin sədri Xaldun Əl Mübarək Pep Qvardiolanın gələcəyi barədə danışıb.

 Aut.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” internet nəşri Əl Mübarəkdən sitat gətirib.

“Pep həmişə bu kluba sadiq olub, bizimlə imzaladığı hər müqaviləyə tam sadiq olub. Onun gələcəyi ilə bağlı əvvəllər etdiyimiz kimi, birlikdə qərar verəcəyik. Şübhə etmirəm ki, biz həm ona, həm də bizə uyğun olan düzgün həll yolunu tapacağıq”, – Əl Mübarək bildirib.

Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.  Onun rəhbərliyi altında “şəhərlilər” Çempionlar Liqası da daxil olmaqla 17 kubok qazanıb. Qvardiolanın “Mançester Siti”si 6 dəfə İngiltərə çempionu olub.

Xatırladaq ki, ispan mütəxəssisin ingilis klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Aut.az