İngiltərə millisini tənqid edənlərə belə cavab verdi
İngiltərə millisinin müdafiəçisi Kayl Uoker açıqlama verib.
Aut.az xəbər verir ki, Almaniyada keçirilən Avropa çempionatı zamanı milli komandanın ünvanına səslənən tənqidi fikirlərə münasibət bildirib:
“Bunları müzakirə etmədiyimizi desəm, yalan olar. Biz hamımız insanıq və hər kəs bəyənilmək istəyir. Xüsusən də böyük ehtiras və məhəbbətlə görülən işlərlə”.
İngiltərə yığması Avro-2024-ün finalına çıxıb və burada İspaniyaya 2:1 hesabı ilə uduzub. Turnirdən sonra Qaret Sautqeyt 2016-cı ilin sentyabrından çalışdığı millinin baş məşqçisi postunu tərk edib.
Aut.az
