İngiltərə

Ulduz futbolçu azarkeşlərə jest etdi: Gedir?

“Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes İngiltərə Premyer Liqasının son turunda “Sanderlend”ə 1:2 hesablı məğlubiyyətdən sonra London klubunun azarkeşlərinə doğru jest edib. Bu hərəkət bir çoxları tərəfindən mümkün vida mesajı kimi qiymətləndirilib.

Aut.az xəbər verir ki, jurnalist Ben Ceykobsun məlumatına görə, argentinalı futbolçu İspaniyanın nəhəngi “Real”dan konkret təklif gələrsə, potensial transferə açıqdır.

Mənbə həmçinin bildirir ki, “Mançester Siti” nümayəndələri də futbolçunun mümkün transferi ilə bağlı ilkin və qeyri-rəsmi təmaslar həyata keçiriblər.

Qeyd olunur ki, Fernandes Çempionlar Liqasında çıxış etmək istəyir və “Çelsi”nin uğursuz mövsümü klubun onunla yeni müqavilə bağlamaq cəhdlərini çətinləşdirir. Bununla belə, London təmsilçisi futbolçunu əlverişsiz maliyyə şərtləri ilə satmaq niyyətində deyil.

Aut.az