Benzema dilə gəldi: Təkəm, mənə kömək lazımdır
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə klubundakı çıxışının “Real”da göstərdiyi performansdan niyə fərqli olduğunu açıqlayıb.
“Fakt budur ki, bu, fərqli bir adla tamamilə fərqli bir komandadır. Mənə kömək lazımdır. Meydanda mənə kömək edəcək biri lazımdır. Mən təkbaşına qələbə gətirməyəcəyəm. Başqa oyunçular və başqa detallar lazımdır”, – “Madrid Universal” “X” sosial şəbəkəsində Benzemadan sitat gətirib.
Xatırladaq ki, 36 yaşlı futbolçu ötən yay “Real Madrid”dən “Əl-İttihad”a keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 26 matçda iştirak edib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.
Aut.az
