Ronaldo dostunu yanına aparır?
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubu “Mançester Yunayted”in hazırkı heyətinin əsas oyunçularından biri Bruno Fernandeslə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubu 29 yaşlı portuqaliyalının komandaya çox uyğun olacağına inanır. Amma başa düşürlər ki, belə bir transferi həyata keçirmək asan olmayacaq. Bruno Fernandes Ronaldonun portuqaliyalı komanda yoldaşı və ailə dostudur. Bu, “Əl-Nəsr”ıi oyunçunu almasına kömək edə bilər.
Fernandes bu mövsüm bütün turnirlərdə “Mançester Yunayted” formasıyla 45 matçda 15 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun mankunianlarla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Aut.az
