Danimarkalı futbolçu “Anderlext”də
“Nitsa”nın və Danimarka millisinin üzvü Kasper Dolberq karyerasını Belçikada davam etdirəcək.
Aut.az xəbər verir ki, forvard “Anderlext”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Danimarkalı futbolçu ötən mövsümün ikinci dövrəsini “Hoffenhaym”da keçirib.
