İngiltərə

Etiraf: ÇL-i qazanmaq istəyən futbolçu bura gəlməz

“Tottenhem”in baş məşqçisi Ancelos Postekoğlu “komandada hansı futbolçunu görmək istərdiniz” sualını cavablandırıb.

“Əgər oyunçu Çempionlar Liqasını qazanmaq istəyirsə və ona lazım olan tək şey budursa, o, “Tottenhem”ə getməyəcək. Sadəcə Çempionlar Liqasını qazanmaq şansı olan kluba keçəcək. Mən istəyirəm ki, “Tottenhem”ə klubu tanıyan və qarşılaşdığımız problemi başa düşən insanlar gəlsin.

Qarşıda bizi bir problem gözləyir. Biz digər klublardan bir müddət uğur qazanmamağımızla fərqlənirik, ona görə də mən belə deyəcək bir insan axtarıram: “Bilirsən, onlar Çempionlar Liqasında olmasalar da, əgər onlarla kubok qazansam, bu, karyeram üçün bir şey demək olar. Mən bu döyüşə hazıram”, – deyə jurnalist Ben Yakobs “X” sosial şəbəkəsində Postekoğludan sitat gətirib.

Xatırladaq ki, “Tottenhem”in qazandığı son kubok 2008-ci il Liqa Kuboku olub.

İngiltərə çempionatının 30 turundan sonra “Tottenhem”in 57 xalı var və beşinci yerdədir.

Aut.az