Formula 1

Qayıtmaq istədiyini təsdiqlədi, onlara söz atdı: Çox cavanam

4 qat dünya çempionu Sebastyan Fettel Formula 1-ə qayıtmaq imkanını nəzərdən keçirdiyini təsdiqləyib.

Aut.az xəbər verir ki, 36 yaşlı pilot özündən yaşlı Lyuis Hemilton və Fernando Alonso kimi sürücülərin böyük müqavilələr imzaladığını görür və ona görə də qayıtmaq istəyir.

“Çox şey komandadan, təklifdən asılı olacaq. Ancaq yaş baxımından hələ də Formula 1-də olan və böyük müqavilələr imzalayan sürücüləri nəzərə alsaq, özümü çox gənc hiss edirəm. Mənə elə gəlir ki, Formula 1-də daha on ilim ola bilər. Gəlin görək bundan sonra nə olacaq, mən vəziyyəti izləyirəm”, – 2022-ci ildə karyerasını bitirən Fettel bildirib.

Əvvəllər bildirilirdi ki, “Mercedes” Sebastyanın xidmətlərində maraqlı ola bilər.

Qeyd edək ki, 39 yaşlı Hemilton qışda “Ferrari” ilə çoxillik müqavilə imzalayıb.

Aut.az