Formula 1

Dəqiqləşdi: Azərbaycan Qran Prisində Kevini 19 yaşlı sürücü əvəzləyəcək

2025-ci ildə “Haas” komandasına qoşulacaq 19 yaşlı britaniyalı sürücü Oliver Berman Azərbaycan Qran Prisində danimarkalı sürücü Kevin Maqnusseni əvəzləyəcək.

Xatırladaq ki, Maqnussen İtaliya Qran-Prisində “Alp” sürücüsü Pyer Qasli ilə toqquşduğu üçün 10 cərimə saniyəsi və iki cərimə xalı alıb. Beləliklə, son 365 gün ərzində Maqnussen artıq 12 cərimə xalı toplayıb və buna görə də, avtomatik diskvalifikasiya olunur.

Azərbaycan Qran Prisi sentyabrın 13-dən 15-dək baş tutacaq.

Aut.az