Nöqtə qoyuldu: Ferstappen karyerası ilə bağlı hansı qərarı verib?
28 yaşlı niderlandlı pilot və Formula 1-in dördqat dünya çempionu Maks Ferstappen cari – 2026 mövsümünün sonuna qədər “Red Bull”da qalmağı planlaşdırır.
Aut.az xəbər verir ki, o, daha bir mövsüm də komandada çıxışını davam etdirə bilər. Bu barədə “Daily Mail” məlumat yayıb.
“Bizə məlum olan odur ki, Ferstappen təbiətcə sadiq bir insandır və hazırda komandadan ayrılmağı düşünmür. O, ilin sonuna qədər və ola bilsin daha uzun müddət “Red Bull”da qalacaq. Məlumatlı mənbələr bildirir ki, o, Formula 1 karyerası boyunca işlədiyi və böyük uğurlar qazandığı bu təşkilata sadiq qalmaq istəyir”.
Aut.az
