Formula 1

Hemilton + Nyui: “Ferrari” çempionluq formulu axtarır

Gələn ilin ilk rübündə komandadan ayrılacaq “Red Bull”un baş mühəndisi Adrian Nyui artıq iki müqavilə təklifi alıb.

Aut.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

“Aston Martin” və “Ferrari” “Red Bull”un son illərdəki uğurlarının əsas memarını öz tərəfinə çəkmək istəyir. Adrianın “Skuderiya” variantına meyl etdiyi bildirilir.

Bir vaxtlar Nyui İtaliyanın əfsanəvi komandasında çalışmaq istədiyini demişdi. Bundan əlavə, mühəndis Lyuis Hemiltonla əməkdaşlıq imkanlarında maraqlıdır. 7 qat dünya çempionu 2025-ci il mövsümündən etibarən “Ferrari”yə keçir.

Eyni zamanda məlumdur ki, “Ferrari” və ya başqa komandada olacaq Nyui yalnız 2026-cı il mövsümündən etibarən avtomobil dizayn edə biləcək. “Ferrari” gözləyir ki, 2026-cı ildən mühərriklər və aerodinamika ilə bağlı yeni reqlamentlər qüvvəyə minəndən sonra komanda zirvəyə qayıda biləcək.

“Skuderiya” 2008-ci ildən bəri titul qazanmayıb.

Aut.az