Formula 1

“O, tarixin ən böyük pilotudur”

“Mercedes”in rəhbəri Toto Volff komandanın sürücüsü, 7 qat Formula 1 çempionu Lyuis Hemilton haqqında danışıb.

Aut.az xəbər verir ki, funksioner britaniyalı pilotu bütün zamanların ən böyük sürücüsü adlandırıb:

“Hemilton bütün zamanların ən böyük Formula 1 pilotudur. O, bütün rekordları qırıb. Titulların sayına görə yalnız digər böyük sürücü Mixael Şumaxerlə eyni nəticəyə sahibdir.”.

Xatırladaq ki, Hemilton cari Formula 1 mövsümünün sonunda “Mercedes”i tərk edəcək. Gələn mövsüm o, Ferrari üçün sürəcək.

Aut.az