Formula 1

Ferstappenin ev yarışı Formula 1-i tərk edir: Dəyişikliklər olacaq

Formula 1 Niderland Qran Prisinin 2026-cı il mövsümündən sonra çempionat təqvimini tərk edəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, dördqat çempion Maks Ferstappenin ev yarışı “Red Bull” sürücüsünün populyarlığı fonunda 2021-ci ildə seriyaya qayıtmışdı. Lakin “Zandvoort” trası indi yenidən F1-i tərk edəcək.

Hazırda təqvimdə rekord – 24 mərhələ var, lakin tezliklə Madrid Qran Prisi də əlavə olunacaq və Formula 1 digər qitələrə də yayılmağı planlaşdırır.

Aut.az