Formula 1

Etiraf etdi: Heç kimik, sahib qərar verir, mən əməl edirəm

Üçqat dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappen bildirib ki, Las-Veqas Qran-prisinin təşkilindən narazılığı yalnız böyük bir təşkilatın əməkdaşının fikri sayılmalıdır.

“Mənim maaşım idmanın inkişafına görə artmır. Baş verənləri başa düşürəm və siz buna iki tərəfdən baxa bilərsiniz, idman və biznes. Əlbəttə, mən rəhbərliyin nöqteyi-nəzərini başa düşürəm, lakin baş verənlərlə bağlı fikrimi bildirirəm. Biz maraqlı tərəf deyilik. Nə edəcəklərinə sahiblər qərar verir və mən sadəcə buna əməl edirəm.

Sahib olsam, mən də eyni cür davranardım, sürücüləri dinləməzdim, bu mənim idmanımdır və belə olsa, nə istəsəm, edərdim. Amma onlar mənə sual verəndə ona səmimi cavab vermək istəyirəm”, – “Racingnews365” Ferstappenin sözlərini sitat gətirib.

Aut.az