Makron Mbappe ilə bağlı işarə verdi: Gələcəm
Fransa prezidenti Emmanuel Makron PSJ-nin hücumçusu Kilian Mbappenin Paris Olimpiadasında iştirak edəcəyinə ümid edir.
“Ümid edirəm ki, o, Olimpiadada oynaya bilər.
Yarımfinala və ya finala çıxsaq, stadiona gələcəm”, – deyə Makron “Le Parisien” nəşrinə bildirib.
Mbappe dəfələrlə Fransa millisinin heyətində Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu bildirib. Bununla belə, klublar futbolçuları FİFA-dan kənar yarışlara buraxmaq məcburiyyətində deyillər.
2024-cü il Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Aut.az
