İspaniyaDünya futbolu

Zidan “Real”a tövsiyə etdi: Onunla tez bir zamanda müqavilə bağlayın

“Lion”un fransız yarımmüdafiəçisi Rayan Şerki “Real”a keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu”nun əfsanəvi keçmiş məşqçisi və oyunçusu Zinəddin Zidan Şerkin klubu ilə  müqaviləni uzatmazdan əvvəl “Real”ın onunla tez bir zamanda müqavilə imzalamasını tövsiyə edir.

“Transfermarkt” internet portalı 21 yaşlı Şerkinin transfer dəyərini 30 milyon avro qiymətləndirir. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Şerki “Lion”un heyətində bütün yarışlarda 17 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib.

Aut.az